Türkiyədə oynayan yığmamızın sabiq üzvü seçim edəcək - Azərbaycana da gələ bilər

15:22 - 19 Yanvar 2025

Azərbaycan millisinin sabiq üzvü Barış Ekincier karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçuya Premyer Liqamızın iddialı klubları maraq göstərir.

"Ümraniyespor"un üzvü Azərbaycana gəlmək ehtimalını da gözdən keçirəcək. Amma yarımmüdafiəçiyə hətta Türkiyə Superliqasının təmsilçilərinin də maraq göstərdiyi iddia edilir.

Qeyd edək ki, Barış Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. Barışın “Ümraniyespor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, bu mövsüm 16 matçda 4 qol vurub, 1 asist edib. Barış “Bohum”, “Austriya Klagenfurt”, “Valdhof Manhaym”, “Şanlıurfaspor”da oynadıqdan sonra mövsümün əvvəlində “Ümraniyespor”a keçmişdi.

Xəbər xətti