Rusiya mətbuatı ölkə xaricində çalışan yerli baş məşqçilərdən yazarkən “Turan-Tovuz” və “Sabah”ın məşqçilərini də unutmayıblar.
Sportal.az xəbər verir ki, “Чемпионат” portalı Kurban Berdiyev və Vasili Berezutskinin ölkəmizdəki perspektivini qiymətləndirib:
"2024-cü ilin yayında Kurban Berdiyev Mahaçqala “Dinamo”sunda menecerlik işini dəyişdi və məşqçiliyə qayıtdı. Düzdü, Berdiyevin iş yeri seçimi bir az gözlənilməz oldu. 72 yaşlı mütəxəssis “Turan-Tovuz”a baş məşqçi təyin olundu. O, işinə yaxşı başlayıb, 18 turdan sonra komanda üçüncü pillədədir. Amma görünür ki, bu nəticə maksimumdur. “Araz-Naxçıvan” onlardan yeddi xal, “Qarabağ” isə hamıdan xeyli irəlidədir. Bununla belə, “Turan-Tovuz” mövsümü bürünc medalla tamamlasa belə, bu, artıq super nailiyyət olacaq. Axı, komanda sonuncu dəfə 1995-ci ildə medal qazanmışdı. Yüksək liqaya qayıtdıqdan sonra isə klub ilk üçlükdən uzaq qalmışdı.
Vasili Berezutskiyə gəlincə, o, ÇSKA, “Krasnodar” və “Şanxay Şenxua” komandalarında köməkçi kimi çalışdıqdan sonra nəhayət, ilk müstəqil təyinatını aldı. “Sabah” xorvatiyalı Krunoslav Renduliçi istefaya göndərib, noyabrın 25-də rusiyalıya güvəndi. O da işinə yaxşı başlamışdı. Beş çempionat və kubok matçında üç qələbə, heç-heçə və bir məğlubiyyət qeydə alınıb. Komandanın məqsədi konkret olaraq göstərilməyib, lakin Berezutski "Sabah"ı ilk "üçlüy"ə yüksəldərsə, bu, artıq yaxşı nəticə olacaq. Klub hazırda çempionatda beşinci pillədədir və üçüncü yerdən altı xal geri qalır. Çempionat maya qədər davam edəcək, ona görə də Vasili Berezutskinin vəziyyəti düzəltmək üçün vaxtı olacaq".