İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Antonio Rüdiger sıradan çıxıb. Almaniyalı futbolçu La Liqanın 22-ci turunun "Espanyol"la səfər matçında (0:1) zədələnib.
Rüdiger təxminən 20 gün yaşıl meydanlardan uzaq qalacaq. 31 yaşlı məkəz müdafiəçisi La Liqada "Leqanes", "Atletiko" və "Osasuna" ilə, Çempionlar Liqasında isə "Mançester Siti" ilə ilk oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 1 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi