Elmar Baxşıyev: "Bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq"

18:23 - 16 Fevral 2025

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı.Komanda düşündüklərimizi meydanda verməyə, yaxşı iş göstərməyə çalışrıdıl. Yola davam etmək lazımdır.

- Qırmızı vərəqə epizodu barədə fikirləriniz necədir?

- Sizcə var idi? Mən də təkrara baxdım. Orada heç sarı vərəqəlik bir şey yox idi. İki tur öncə demişdim ki, bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda möhkəmdir, meydanda layiqli cavab verəcək. "Kəpəz"lə matçın 3-cü dəqəsində VAR-a baxmadılar. Amma sonradan görürük ki, penaltilik epizod idi. Davam etmək lazımdır.

- Zaur Axundovla oyundan sonra nə söhbət edirdiz?

- Ev oyunlarından sonra da Zaur müəllimlə görüşümüz olur. Öz dəstəyini bizdən əsirgəmir, komandanın yanındadır.

- "Turan Tovuz"la "Araz-Naxçıvan"ın əleyhinə hakim qərarları olur. Sizcə, belə etməklə kimin önünü açmaq istəyirlər?

- Heç bir komandaın haqqının yeyilməsini istəmərik. Futbol ədalət tələb edir. Futbolda varlı, kasıb anlaşıyı olmamalıdır. Bəlkə də onların fərqli gördükləri, düşündükləri var. Sınmaq olmaz, istədiyimizə çatmaq üçün yolumuza davam etmək lazımdır.

Elçin Əlixan

Xəbər xətti