Azərbaycan milli komandasının sabiq forvardı Leandro Qomeş Sportal.az saytına müsahibə verib.
O, yığma komandamızın Haiti və Belarusa qarşı keçirəcəyi yoxlama görüşündən gözləntilərini açıqlayıb.
Qomeşin fikrincə, Azərbaycan millisi Haitiyə də qalib gələ bilər: "Azərbaycan millisini daimi olaraq izləyirəm. Bilirəm ki, Haiti və Belarusa qarşı oyunlar var. Əlbəttə ki, hər iki görüşdə də qələbə qazanmaq mümkündür. Çünki Azərbaycan yığmasında yaxşı futbolçular var. İnanıram ki, sabah Haiti ilə görüşdə qələbə qazanacaqlar. Təbii ki, Haiti millisi də yaxşı komandadır, heyətinə baxmışam, güclü klublarda oynayırlar. Hər halda, yeni tsikl öncəsi bu cür oyunlar millimiz üçün yerinə düşür. Ümidvaram ki, Azərbaycan millisi bu iki görüşü də yaxşı səviyyədə keçirəcək və motivasiya baxımından da uğurlu matçlar alınar. Azərbaycan yığması doğru yoldadır".
48 yaşlı veteran futbolçu 2006-2009-cu illərdə Azərbaycan millisində 18 matça çıxıb.
saytlarin hazirlanmasi