İtaliya millisində ciddi itki: Almaniyaya qarşı oynamayacaq

18:59 - 21 Mart 2025

İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Rikardo Kalafiori sıradan çıxıb. 

"Arsenal"ın futbolçusu UEFA Millətlər Liqası pley-off mərhələsinin Almaniya yığması ilə ilk matçında (1:2) dizindən zədələnib. 22 yaşlı sol cinah müdafiəçisi millinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İtaliya seçməsi 23 mart tarixində Almaniya ilə səfərdə cavab oyununa çıxacaq.

Xəbər xətti