"Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Səbuhi Abdullazadə Belarusa qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.
- Ötən oyun uduzduqdan sonra Toral Bayramov xalqdan üzr istəmədi. Maksimum nəticə üçün hansı addımlar atmısız ki, tənqid olunmayasız?
- Ağır nəticə oldu. Belə olmasını istəməzdik. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik.
- Təcrübəlilər sənə dəstək olur?
- Millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi.
- Belarus və Haiti nə dərəcədə fərqlənir?
- Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi