İspaniya mətbuatı Juninyonun "Qarabağ"dan ayrıldıqdan sonra "Flamenqo"dakı çıxışının ilkin dövrünü qiymətləndiriblər.
Sportal.az xəbər verir ki, "Estadio Deportivo" nəşri braziiyalının effektli ola bilməməsini qabardıb:
"Juninyo "Qarabağ"la "Sevilya" arasında 5 milyon avroluq müqavilə bağlanılması üçün öz cibindən 1 milyon avro ödəməyə hazır idi. Braziliyalı La Liqa klubunda oynamaq istəyirdi. Amma sonda “Flamenqo” məsələsi ortaya çıxdı və o da Braziliyaya yollandı. Azərbaycan klubuna 5 milyon avro ödənildi. Amma bu transfer Rio-de-Janeyro klubunda gözlənilən nəticəni verməyib. Juninyo gəlişindən sonra 12 matçda 3 dəfə heyətdən kənarda qalıb, cəmi 2 dəfə 6-cı dəqiqədə meydana çıxıb".
saytlarin hazirlanmasi