Özbəkistan millisinin üzvü "Qalatasaray"a keçə bilər

14:34 - 28 Mart 2025

"Qalatasaray" ÇSKA-nın (Moskva) yarımmüdafiəçisi Abbosbek Fayzullaev karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı özbək futbolçu üçün Moskva klubuna rəsmi müraciət edib və transferin bu yay reallaşması gözlənilir.

Təklif olunan transferin məbləği açıqlanmır. Özbəkistan millisinin üzvü 2023-cü ildə “Paxtakor”dan ÇSKA-ya keçib.

Onun Moskva klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti