Fransa millisinin sabiq forvardı David Trezeqe “River Pleyt”in prezidenti olmaq üçün seçkilərdə iştirak etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, bu barədə “TNT Sports” nəşri məlumat yayıb. Fransız 2012-2014-cü illərdə Argentina klubunun futbolçusu olub.
O, bu komandanın heyətində 38 matça çıxıb və 17 qol vurub. 1998-ci il dünya çempionatının qalibi 2021-ci ildə “Yuventus”un səfiri vəzifəsini tərk edib və yeni layihə axtarışında olduğu bildirilir.
Seçkilər gələn ilin dekabrında keçiriləcək.
saytlarin hazirlanmasi