"Liverpul"a 25 milyon funt-sterlinq təklif edəcəklər

18:58 - 31 Mart 2025

"Liverpul"un futbolçusu Ben Doak yayda klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Everton" şotlandiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Premyer Liqa klubu hazırda icarə əsasında "Middlzbro"da çıxış edən Doakı yayda heyətinə qatmağı planlaşdırır. "Everton" 19 yaşlı ön xətt oyunçusu üçün 25 milyon funt-sterlinq təklif edəcək.

Qeyd edək ki, "Liverpul" Ben Doakı mövsümün əvvəlində "Middlzbro"ya icarəyə verib. Şotlandiya millisinin üzvü Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti