Məhəmməd Salah hələ də Səudiyyə Ərəbistanına keçidlə maraqlanır.
Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, "Liverpul"un vingeri hələ də 30 iyuna qədər qüvvədə olan müqaviləsini uzatmayıb və karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantını nəzərdən keçirir.
Səudiyyə Peşəkarlar Liqasında (SPL) da 32 yaşlı misirlinin yay fasiləsində yerli klublardan birinə keçidini düşündüyünə əmindirlər. Bununla belə, futbolçu öncə "Liverpul"un yeni müqavilə ilə bağlı bütün təkliflərini dinləmək istəyir.
Salahın əsas namizədlərindən biri "Əl-Hilal"dır. Klub transferin Klublararası Dünya Çempionatından əvvəl baş tuta biləcəyinə ümid edirdi. Lakin bildirilib ki, Salahın Yaxın Şərqə mümkün keçidi 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək turnirə qədər baş verməyəcək.
Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 29 oyunda 27 qol vurub və 17 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi