"Mançester Siti" ilə "Real"ın transfer mübarizəsi

19:53 - 1 Aprel 2025

"Arsenal"ın müdafiəçisi Villiam Saliba yayda klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.

"Şəhərlilər" mövsümün sonunda Saliba üçün "Arsenal"a təklif göndərəcək. 24 yaşlı mərkəz müdafiəçisi ilə "Real" da maraqlanır.

Qeyd edək ki, "Arsenal" Villiam Salibanı 2019-ci ilin yayında "Sent-Etyen"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti