"Turan Tovuz" legionerini saxlamaq istəyir - ispan bölgə klubunda qala bilər

16:22 - 1 Aprel 2025

"Turan Tovuz" Aleks Serranonu buraxmaq fikrində deyil.

Sportal.az saytına verilən məlumata görə, ispanın yüksək performansından sonra klub onunla müqavilə müddətini artırmaq fikrindədir.

Belə ki, klub onun müqaviləsini daha 1 illik artırmaq istəyir. Çünki Serranonun “Turan Tovuz”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

30 yaşlı futbolçu 2023-cü il iyulun 24-də “Turan Tovuz”a keçib və mövsümün sonunda müqaviləsi başa çatacaq. O, bu sezon 28 matçda 4 qol vurub, 5 asist edib.

Serrano əvvəllər "Hebar", "Qurnik", "Talavera", "Salamanka", "Malyorka", "Sportinq Xixon" klublarında çıxş edib.

Xəbər xətti