Türkiyənin "Trabzonspor" klubu tarixi uğura imza atıb.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisinin U-19 komandası UEFA Gənclər Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Türklər 1/4 finalda "İnter"i 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Trabzonspor" bundan əvvəlki mərhələdə İtaliyanın digər təmsilçisi "Atalanta"nı mübarizədən kənarlaşdırmışdı.
saytlarin hazirlanmasi