"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Aston Villa"ya icarəyə verilən Markus Reşford haqda danışıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 27 yaşlı vingerin performansından məmnun olduğunu bildirib:
"Öz futbolçularıma və komandama köklənmişəm. Reşford hazırda bizim oyunçumuz deyil. Amma təbii ki, icarədə olan oyunçularımızın yaxşı performansına görə xoşbəxt oluram".
Qeyd edək ki, "Mançester Yunayted" Markus Reşfordu fevral ayında "Aston Villa"ya icarəyə verib. İngiltərəli futbolçu Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi