"Vulverhempton" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Joao Qomeslə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçunu komandada saxlamağı bacarıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə qədər uzadılıb.
Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvar ayında "Flamenqo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi