"Liverpul"un qapıçısı Kuivin Kelleher Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" irlandiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Çelsi" Kelleheri yayda heyətinə qatmağı planlaşdırır. London klubu 26 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Kuivin Kelleher 2018-ci ildə "Liverpul"un akademiyasına qoşulub. İrlandiya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 18 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi