"Qalatasaray"ın futbolçusuna ölkəsindən təklif

16:48 - 1 Aprel 2025

"Qalatasaray"ın futbolçusu Dris Mertens vətəninə qayıtmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin xidmətində Belçikanın "Vesterlo" klubu maraqlıdır.

Mertens Belçikaya qayıdıb-qayıtmayacağına mövsüm bitən kimi qərar verəcək. Drisin "Qalatasaray"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Mertens "Gent", "Utrext", PSV, "Napoli"də oynadıqdan sonra 2022-ci ildə "Qalatasaray"a keçib.

 

Xəbər xətti