Azərbaycan kubokunun yarımfinal görüşlərinin hakimləri açıqlandı

10:14 - 1 Aprel 2025

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını baş hakim təyinatları açıqlanıb. 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Araz-Naxçıvan" - "Qarabağ" matçı Elçin Məsiyevə, "Neftçi" - "Sabah" görüşü Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Kuboku, Yarımfinal

İlk oyunlar
2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Anar Salmanov
"Liv Bona Dea Arena"

19:30. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
"Neftçi Arena"

Xəbər xətti