"Real" "Bayer"in müdafiəçisini istəyir

09:46 - 1 Aprel 2025

“Bayer”in müdafiəçisi Pyero İnkapye “Real”ın transfer siyahısına düşüb.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək imkanlarını nəzərdən keçirən “kral klubu” yay “transfer pəncərəsi”ndə İnkapye üçün hərəkətə keçəcək.

Ekvadorlu müdafiəçi özü “Real”a transfer olmağa müsbət yanaşır. “Çelsi” və “Tottenhem”in də transfer siyahısında yer alan İnkapyenin seçimini “Real”dan ötrü edəcəyi gözlənilir.

23 yaşlı müdafiəçi “İndependiente del Valle”, “Talleres”də oynadıqdan sonra 2021-ci ildə “Bayer”ə keçib. Onun Leverkuzen təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Xəbər xətti