"Real" və "Arsenal"ın Subimendi mübarizəsi

21:45 - 1 Aprel 2025

"Real" və "Arsenal" Martin Subimendi üçün mübarizə aparır.

Sportal.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, madridlilər "Real Sosyedad"ın yarımmüdafiəçisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqə saxlayıblar. Məqsəd futbolçuya transferin mümkün olduğunu göstərmək idi. İspaniya çempionu mövsümün sonunda komandanın nəyə ehtiyacı olduğunu müəyyənləşdirmək və sonra 26 yaşlı futbolçu üçün rəsmi təklif vermək istəyir.

Əsas maneə isə "Arsenal"dır. London klubu transferdə daha çox irəliləyiş əldə edib. Onlar artıq futbolçunun agentinə xəbər veriblər ki, vaxtı çatanda 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdırlar.

Qeyd edək ki, bu mövsüm Subimendi La Liqada 28 oyun keçirib və 2 qol vurub.

Xəbər xətti