"Milan"ın qapıçısı 2 Premyer Liqa klubunun hədəfində

22:50 - 30 Mart 2025

"Çelsi" və "Aston Villa" "Milan"ın qapıçısı Mayk Menyanla yaxından maraqlanır.

Sportal.az xəbət verir ki,"Todofichajes" portalının məlumatına görə, 29 yaşlı fransız qolkiperin İngiltərə Premyer Liqasına transferi gündəmdədir. Menyana 2021-ci ildən "Milan"ın şərəfini qoruyur. O, cari mövsümdə bütün turnirlərdə 41 matça çıxıb, 47 qol buraxıb və 11 oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Menyanın "Milan"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Xəbər xətti