Masazırda keçirilən yoldaşlıq oyununda Azərbaycan yığmasının qapısına qollardan birini vuran (2:0) futbol üzrə Belarus yığmasının yarımmüdafiəçisi Nikita Demçenko ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, “Sport5.by” portalına danışan millinin üzvü Masazırda Azərbaycan millisinə(0:2) vurduğu qolu xatırlayıb.
Bununla yanaşı, o, Tacikistan(0:5) və Azərbaycan yığmasını müqayisə edib:
"Azərbaycan, yoxsa Tacikistan güclüdür? Məncə, Azərbaycan onlardan güclüdür. Onlar daha çox Avropa futbolu göstərirlər. Topla özlərini yaxşı hiss edirdilər və birəbir mübarizələrdə də pis deyildilər. Ona görə də, Azərbaycanı xüsusi qiymətləndirərdim. Təbii ki, qol vurduğum üçün də şadam".
saytlarin hazirlanmasi