Almaniya Bundesliqasında 27-ci turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son matçında Dortmund "Borussiya”sı doğma meydanda "Maynts" ilə qarşılaşıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, "Borussiya" bu turdan sonra 38 xalla 10-cu, "Maynts" isə 45 xalla 4-cü pillədə qərarlaşıb.
Almaniya Bundesliqası
27-ci tur
Borussiya (Dortmund) – Maynts 3:1
Qollar: M.Beyer, 39; 72. E.Can, 42 – P.Nebel, 76.