"Bayer" 3 xalı 3 qolla qazandı - VİDEO

09:45 - 29 Mart 2025

Almaniya Bundesliqasında 27-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə son çempion "Bayer" doğma meydanda "Bohum"u qəbul edib. Qarşılaşma Leverkuzen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 59-a yüksəldən "Bayer" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 20 xalı olan "Bohum" isə 16-cı yerdədir.

"Bayer" - "Bohum" 3:1
Qollar: Aleyş Qarsiya, 20, Viktor Bonifase, 60, Amin Adli, 87 - Feliks Passlak, 26

Xəbər xətti