Futbol üzrə Türkiyə 1-ci Liqasında 31-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Pendikspor"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana çıxıb.
31 turdan sonra 46 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi