"Turan Tovuz"un tarixində 2-ci dəfə

12:55 - 29 Mart 2025

Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.

Sportal.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 1:4 hesabı ilə uduzub.

Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib. 

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.

Xəbər xətti