Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün İstanbul derbisi olacaq. "Beşiktaş" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Turun mərkəzi görüşü Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qarşılaşmanı Yasin Kol idarə edəcək.
Qeyd edək ki, hazırda "Qalatasaray" 71 xalla çempionatın lideridir. 44 xalı olan"Beşiktaş" isə 4-cü yerdədir.
saytlarin hazirlanmasi