Bu gün Misli Premyer Liqasında XXVIII tura start verilib.
Sportal.az xəbər verir ki, birinci oyun günündə cəmi bir görüş baş tutub.
"Qarabağ" "Turan Tovuz"un qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
XXVIII tur
28 mart
19:30 "Turan Tovuz" – "Qarabağ" 1:4
Qollar: Aleks Souza, 30 - Kadi Borges, 16 (p), 84, Nəriman Axundzadə, 32, Aleksey Kaşuk, 90+1
Baş hakim: Cavid Cəlilov
Tovuz şəhər stadionu