"Real" İspaniya La Liqasının 29-cu turu çərçivəsində doğma meydanda "Leqanes"i qəbul edəcək.
Sportal.az xəbər verir ki, "kral klubu" oyuna ciddi itki ilə çıxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Real"ın qapıçısı Tibo Kurtua komandaya kömək edə bilməyəcək. Belçikalı qolkiper zədə səbəbindən son məşqdə iştirak etməyib. 32 yaşlı qapıçını Andrey Lunin əvəz edəcək.
Qeyd edək ki, "Real" - "Leqanes" qarşılaşması 30 mart tarixində Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi