İtaliya millisinin hücumçusu İngiltərəyə qayıda bilər

20:56 - 9 Aprel 2025

"Fiorentina"nın hücumçusu Moyze Kin İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, italiyalı futbolçunun xidmətində "Nyukasl" maraqlıdır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

İngiltərə klubu Kin üçün "Fiorentina" ilə əlaqə saxlayıb. 25 yaşlı forvardın A Seriyası klubu ilə qüvvədə olan müqaviləsində 52 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, "Fiorentina" Mozye Kini mövsümün əvvəlində "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl İngiltərədə "Everton"un formasını geyinib.

Xəbər xətti