"Bavariya"nın əfsanəsi "Fənərbaxça"ya keçə bilər

15:52 - 10 Aprel 2025

"Bavariya"dan ayrılacağını açıqlayan Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" alman futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Mülleri komandasında görmək istəyir. İstanbul nəhəngi 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Tomas Müller "Bavariya"nın yetirməsidir. Almaniya millisinin sabiq üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti