Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün daha bir görüş İspaniyada baş tutub. Doğma meydanda "İnter"i qəbul edən "Barselona" gərgin keçən matçda 3:3 hesablı heç-heçə edib.
Digər cütlükdə isə "Arsenal" evdə PSJ-yə 0:1 hesabı uduzub.
Qeyd edək ki, İtaliyada baş tutacaq cavab qarşılaşması mayın 6-sı Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Barselona” – “İnter” 3:3
Qol: L.Yamal, 24, F.Torres,38, Rafinya,65, - M.Tyuram,1, D.Dumfris,21, 63
saytlarin hazirlanmasi