Macarıstan millisinin baş məşqçi postunda dəyişiklik olmayacaq.
Sportal.az xəbər verir ki, yerli federasiya Marko Rossinin müqavilə müddətini artırıb.
İtaliyalı məşqçi 2030-cu il iyunun 30-na qədər Macarıstan yığmasına rəhbərlik edəcək.
O, 2018-ci ildən bu millini çalışdırır. Qeyd edək ki, iyunun 10-da Azərbaycan və Macarıstan milliləri Bakıda üz-üzə gələcək.
saytlarin hazirlanmasi