"Milan"dan Premyer Liqaya 20 milyon avroluq transfer

16:59 - 21 Avqust 2025

"Lids Yunayted" hücum xəttini yeni oyunçu ilə  gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Milan"dan Noa Okaforu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Lids Yunayted" isveçrəli vinger üçün İtaliya klubuna 20 milyon avro təzminat ödəyəcək. 25 yaşlı ön xətt oyunçusu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Milan" Noa Okaforu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Napoli"də keçirib. O, Neapol təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti