Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasının qonağı olub.
Sportal.az xəbər verir ki, Polşanın Krakov şəhərində baş tutmuş (2:1) oyunu izləyənlər arasında "Şaxtyor"un baş məşqçisi Arda Turan da olub.
Türkiyə futbolunun tanınmış siması "Şaxtyor"un Ukrayna yığmasında oynayan üzvlərini izləmək üçün "Krakoviya"nın stadionuna təşrif buyurub.
Bununla yanaşı isə o, millimizin də üzvlərinə baxıb.
Belə ki, Turan daha əvvəl, lap dəqiq desək, "Eyüpspor"da çalışdığı vaxtda sərəncamında görmək istədiyi Emin Mahmudovu yaxından izləyib və onun performansını bəyənib.
Onunla yanaşı, Elvin Cəfərquliyev də Ardanın bəyəndiyi oyunçulardandır.
Mirbağırağa
saytlarin hazirlanmasi
