UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur başa çatıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın 5 turdan sonra yer aldığı mövqeyi dəqiqləşib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 7 xalla turnir cədvəlində 19-cu pillədədir.
Pley-off oynamaq üçün "24-lük" şanslarını saxlayan Ağdam təmsilçisi növbəti turda, dekabrın 10-da Bakıda "Ayaks"la üz-üzə gələcək.
"Ayaks"ın 5 turdan sonra aktivində xal yoxdur.
Qeyd edək ki, turnir cədvəlinə "Arsenal" rəhbərlik edir.

