"Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı məğlub etdi - YENİLƏNİB

18:53 - 14 Fevral 2026

Bu gün Misli Premyer Liqasında 20-ci tura start verilib.

Sportal.az xəbər verir ki, Qubada "İmişli" "Qarabağ"la qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

"Zirə" isə "Karvan-Yevlax"ı qəbul edib. Burada da eyni hesab qeydə alınıb.

Turun digər matçları isə sabah və birigün keçiriləcək.

Misli Premyer Liqası, 20-ci tur

14 fevral

"İmişli" - "Qarabağ" 1:0
Qol:
Musa Qurbanlı, 79
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 14:30

"Zirə" - "Karvan-Yevlax" 1:0
Qol:
Davit Volkov, 20
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

Xəbər xətti