Doğma komandasına geri döndü
Bu mövsüm "Fənərbaxça"dan ayrılan Kristian Baroninin yeni komandası bəlli olub.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu 2008-2009-cu illərdə də formasını geyinmiş "Korintians" klubuna geri dönüb.
Qeyd edək ki, 2009-2014-cü illərdə "Fənərbaxça"da 200 matçda 29 qol vuran Baroni ilə sabah rəsmi müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi