"Liverpul"da yeni müqavilə
"Liverpul"un 20 yaşlı yarımmüdafiəçisi Rahim Sterlinq yanvarın sonlarına yaxın klubla yeni müqaviləyə imza atacaq.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 5 il nəzərdə tutulan müqavilənin şərtlərinə görə Sterlinqə həftəyə 100 min funt-sterlinq ödənəcək. İngiltərəli futbolçu daha əvvəl "Liverpul"da həftəsinə 30 min funt qazanırdı.
Qeyd edək ki, "Real" və "Mançester Siti" Sterlinq üçün 60 milyon avrosundan keçməyə hazırdı.
saytlarin hazirlanmasi