"Neftçi" Ruminiya 3-cüsü ilə qarşılaşacaq

11:40 - 5 Yanvar 2015

Son rəqib bəllidir

 

Yanvarın 11-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi"nin son rəqibi müəyyənləşib. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq çərçivəsində "ağ-qaralar" son yoxlama görüşünü ötən mövsüm Rumıniya çempionatının bürünc medallarını qazanmış "Petrolul" klubuna qarşı keçirəcək. Oyun yanvarın 23-də baş tutacaq. 


 

Qeyd edək ki, "Neftçi" Antalyada təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama matçında qüvvəsini sınayacaq.

Xəbər xətti