Yeni ilin ilk məşqi
"Sumqayıt" Futbol Klubu 2014/2015 mövsümünün 3-cü dövrəsi üçün hazırlığa start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni ildə ilk məşqinə çıxıb.
Komandanın heyətində zədəli futbolçu yer almır. "Sumqayıt" FK yanvarın 11-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. Komanda bu proses çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Yanvarın 17-də AZAL-la üz-üzə gələcək.
saytlarin hazirlanmasi