Lionel Messinin transfer qiyməti açıqlandı
	 
	Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropanın 5 böyük liqasında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb. 
	 
	Sportal.az xəbər verir ki, qitənin ən bahalı futbolçular siyahısına "Barselona"nın argentinalı ulduzu Lionel Messi başçılıq edir. Argentina milli komandasının aparıcı üzvünün transfer qiyməti 220 milyon avrodur. 
	 
	Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo 133 milyon avro ilə ikinci,  Eden Hazard ("Çelsi") isə 99 milyon ilə üçüncü pillədə qərarlaşıb.  Transfer bazarının ilk onluğunda yer alan futbolçuların siyahısı  aşağıdakiı kimidir:
	 
	1. Lionel Messi ("Barselona") - 220 milyon avro
	2. Kriştianu Ronaldo ("Real") - 133 milyon avro
	3. Eden Hazard ("Çelsi")- 99 milyon avro
	4. Dieqo Kosta ("Çelsi") - 84 milyon avro
	5. Pol Poqba ("Yuventus") - 72 milyon avro
	6. Serxio Aquero ("Mançester Siti") - 65 milyon avro
	7. Rahem Sterlinq ("Liverpul") - 63 milyon avro
	8. Sesk Fabreqas ("Çelsi") - 62 milyon avro
	9. Aleksis Sançes ("Arsenal") - 61 milyon avro
	10. Qaret Beyl ("Real") - 60 milyon avro
	  
                      
saytlarin hazirlanmasi