Müqavilə ləğv olunub
"Neftçi" futbolçusu Elnur Allahverdiyevlə yollarını ayırıb.
Sportal.az "Report"a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arif Əsədov açıqlama verib.
Onun sözlərinə görə, 32 yaşlı müdafiəçi ilə mövsümün sonunadək qüvvədə olan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Elnur Allahverdiyev "Neftçi" ilə 2014-cü ilin sentyabrında 1 illik müqavilə bağlamışdı.
saytlarin hazirlanmasi