“Olimpakos” Balotellini icarəyə götürür

01:00 - 8 Yanvar 2015

Yunanıstan təmsilçisi futbolçuya 2,5 milyon verir
 
“Liverpul”un əsas heyətində yerini itirən Mario Balotellini düşərgəsinə qatmaq istəyən komanda tapılıb.
 
Sportal.az xəbər verir ki, “Olimpiakos” klubu italiyalı forvardı mövsümün sonuna qədər  icarəyə götürmək istəyir.
 
Mövsümün sonun qədər futbolçuya 2,5 milyon avro verən yunanlar bununla da hücum xəttindəki problemi aradan qaldırmağa çalışırlar. Ötən yay “Milan”dan 20 milyon avro qarşılığında “Liverpul”a transfer olunan Balotelli cari mövsümdə 17 oyuna 2 qol vurub. 

Xəbər xətti