AFFA-dan növbəti kitab
FİFA-nın 2014/2015-cü il mövsümü üçün “Futbol oyun qaydaları” AFFA tərəfindən dərc olunub.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə bu kitab Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
FİFA-nın “Futbol oyun qaydaları” 2011-ci ildən başlayaraq hər il Azərbaycan dilinə tərcümə edilir və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Topaz Premyer Liqası və I divizion klublarına verilir.
saytlarin hazirlanmasi