Anelka karyerasını Əlcəzairdə davam etdirə bilər

15:00 - 12 Yanvar 2015

Klub prezidenti 35 yaşlı fransalını istəyir

 

Fransa millisinin sabiq hücumçusu Nikola Anelka ilə Əlcəzair klubu yaxından maraqlanır.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Xüseyn Dey” klubunun prezidenti Maxfud Əmirli öz açıqlamasında 35 yaşlı fransalı futbolçunu komandasında görmək istədiyini, hətta onunla ilkin razılıq əldə olunduğunu da dilə gətirdi.

 

Qeyd edək ki, son klubu Hindistanın “Mumbay Siti” komandası olan Anelka Avropanın bir sıra nəhəng klublarında iştirak edib.

Xəbər xətti