“Suonsi” Bonini əvəzləyəcək hücumçunu tapdı

15:25 - 12 Yanvar 2015

Sisse klubun maraq dairəsində

 

“Nyukasl”ın seneqallı hücumçusu Papiss Sisse karyerasını “Suonsi”də davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Boninin “Mançester Siti”yə transfer olunmasından sonra hücumçu axtarışında olan “Suonsi” Sisseni transfer etməyə çox yaxındır.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm çıxdığı 13 matçda 9 qol vurmağı bacarıb.

Xəbər xətti