Futbolçu "Hamburq"da
Qış fasiləsi yaranmamışdan gözlənilmədən “Qarabağ”dan ayrılan İnnosent Emeqara karyerasını Almaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Hamburq” İsveçrə millisinin hücumçusunu heyətinə qatmaq istəyir.
Hazırda Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan “Hamburq” Emeqaranı baxışa dəvət edib. Futbolçu baş məşqçilərin etimadını qazanacağı təqdirdə, onunla müqavilə imzalanacaq.